Yamayka millisinin üzvü öldürüldü

  • 2 Noyabr 2019 11:47
  • 80

Yamayka milli komandasının qadın futbolçusu Taraniya Klark dünyasını dəyişib.

Corner.az-ın BBC-yə istinadən məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi xəstəxanada ölüb.

Qeyd edilir ki, hadisə oktyabrın 31-də, yerli vaxtla saat 21:00 radələrində onun telefon danışığından sonra baş verib. Klark və başqa qadın arasında mobil telefon üstündə mübahisə yaranıb. Mübahisə davaya çevrilib və futbolçu bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.

Qeyd edək ki, Taraniya Klark "Uoterhaus" klubunun üzvü idi.(report)