Yığmamız Ermənistana qalib gələrək Avropa üçüncüsü oldu

  • 2 Noyabr 2019 15:57
  • 65

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

Corner.az-ın məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib - 3:1. Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun fasilədən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb. Yalnız Rusiya və Gürcüstandan geri qalan yığma 3-cü yeri tutub. (report)