"Kişilər kişi kimi oynaya bilmədi" - Şəhriyar Məmmədyarov

  • 2 Noyabr 2019 19:26
  • 224

Kişilərdən ibarət şahmat millimizin üzvü Şəhriyar Məmmədyarov qadın şahmatçlarımızı Avropa çempionatında 3-cü yeri tutması münasibəti ilə təbrik edib.

Corner.az xəbər verir ki, bu, barədə o, sosial şəbəkədə yazıb: "Afərin, bizim xanım şahmatçılara, tarix yazdılar! Avropa birinciliyində 3-cü yerə çıxdılar, özü də son oyunda Ermənistan komandasına qalib gələrək! Afərin sizə, siz olmasaydınız, hamı bizim pis nəticəmizdən danışacaqdı, amma hər kəs indi sizdən danışacaq. Qürur duyduq".

Ş.Məmmədyarov  sosial şəbəkə istifadəçilərindən birinin "Bəs kişilər yarışda nə etdi" sualına belə cavab verib: "Kişilər kişi kimi oynaya bilmədi bu dəfə".

Qeyd edək ki, ötən il Avropa çempionu olan kişi şahmatçılarımız bu dəfə 6-cı pillə ilə kifayətlənib. (report)


SON YÜKLƏNƏNLƏR

Avroliqada püşk atıldı

10 İyul 2020 15:38

Özil qərarını verdi

9 İyul 2020 19:33

Ukrayna klubunda kütləvi yoluxma

DAVAMI