Şahmat yığmamız Olimpiadanın qalibi oldu

  • 5 Noyabr 2019 16:50
  • 181

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

Corner.az xəbər verir ki, yığmamız son turda Çin üzərində qələbə qazanaraq birinciliyi təmin edib.

Ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlı rəqibini 1:0 hesabı ilə üstələyib. Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı isə heç-heçə edib. Bununla da, xallarını 16-ya çatdıran yığmamız yarışın qalibi olub.

Ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb.


SON YÜKLƏNƏNLƏR

Avroliqada püşk atıldı

10 İyul 2020 15:38

Özil qərarını verdi

9 İyul 2020 19:33

Ukrayna klubunda kütləvi yoluxma

DAVAMI