Tarmenxan Babayev 7-ci oldu

  • 17 Noyabr 2019 18:19
  • 179

Türkiyənin Qaziantep şəhərində keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.

Corner.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edib. 
 
Onların arasında Azərbaycan yığmasının üzvləri də vardı. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxıblar.
 
Millimizin üzvlərindən son olaraq Tarmenxan Babayev qüvvəsini sınayıb. O, kişilərdə 96 kq çəki dərəcəsində yarışıb. Gənc atletimiz toplam 313 kq (143+170) nəticə ilə 7-ci yeri tutub.

SON YÜKLƏNƏNLƏR

Boatenqin yeni klubu

29 Sentyabr 2020 09:34

Liverpul'dan Bundesliqa klubuna

29 Sentyabr 2020 09:21

Hafiz Məmmədov Arda Turanla görüşdü

DAVAMI