Yığmamızın baş məşqçisinin ailəsində ağır itki

  • 20 Noyabr 2019 23:43
  • 234

Kişi taekvondoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost daha bir ağır itki ilə üzləşib.

Corner.az-ın məlumatına görə, 54 yaşlı mütəxəssis ikinci övladını da itirib.

Bir müddət əvvəl səhhətində ciddi problem yaşayan oğlunu itirən Mehmandostun indi də qızı dünyasını dəyişib. 

Qeyd edək ki,  Reza Mehmandost uzun müddətdi Azərbaycan millisini çalışdırır.

Allah rəhmət eləsin!