Paytaxt klubundan yubiley qələbəsi

  • 10 Dekabr 2019 21:10
  • 57

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Səbail”lə oyunundakı 4:1 hesablı qələbə “Zirə” üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, Paytaxt təmsilçisi tarixində 80-ci dəfə qələbə qazanıb.
 
2014-cü ildə yaranan komanda bunlardan 51-nə Premyer Liqa, 19-na Birinci divizion, 8-nə Azərbaycan kuboku, 2-nə Avropa Liqasında imza atıb. Qələbələrdən 46-sı ev, 34-ü səfər matçlarında əldə olunub. 80-ci uğur 183-cü qarşılaşmada gerçəkləşib. 
 
Xatırladaq ki, 2014-cü il sentyabrın 7-də Birinci divizionda MOİK-i qəbul edən “Zirə” ilk matçında qalib gəlib. “Səbail”lə matç klub tarixində 15-ci böyükhesablı qələbə kimi düşüb. Birinci divizionda 6, Azərbaycan kubokunda 2 belə nəticəsi olan “qartallar” Premyer Liqada 7-yə çatıb. Çempionatdakı son belə qələbə 2019-cu il mayın 11-də keçirilən “Sabah”la səfər görüşünə təsadüf etmişdi – 3:0.
 
Dekabrın 4-də Azərbaycan kubokunun 1/8 finalında “Qaradağ-Lökbatan”a da böyük hesabla (4:0) qalib gələn “Zirə” ardıcıl ikinci dəfə 3 və ya daha çox top fərqilə qələbə qazanıb. Bu, klubun tarixində ikinci belə hadisədi. Ardıcıl iki matçda belə nəticənin qeydə alınmasına Birinci divizionda çıxış etdiyi 2014/15 mövsümündə təsadüf olunub. “Qartallar” 2015-ci ilin mayında səfərdə “Göyəzən”i 6:0, evdə “Mil-Muğan”ı 5:1 hesabı ilə yenib.

SON YÜKLƏNƏNLƏR

Emre Can Dortmund'a keçir

27 Yanvar 2020 18:59

Sergen Yalçın Beşiktaş'da

27 Yanvar 2020 18:56

Aqollidən 20 Yanvar paylaşımı

DAVAMI