Qarabağ və Neftçi irəlilədi

  • 25 Mart 2020 22:47
  • 47

Football World Rankings portalı ən yaxşı klubların yeni reytinq cədvəlini açıqlayıb.

Corner.az xəbər verir ki,  1000 klubun yer aldığı siyahıda Azərbaycanın iki təmsilçisi - "Qarabağ" və "Neftçi" də var. Ağdam klubu 10 pillə irəliləyərək 1054 xalla 599-cu yerdə qərarlaşıb.

"Neftçi"nin isə mövqeyində dəyişiklik olub. Paytaxt təmsilçisi 818 xalla 678-ci pillədən 674-cü sıraya yüksəlib.