Qarabağ'a keçəndə heç nə ilə maraqlanmaq lazım deyil

  • 18 May 2020 12:09
  • 69

"Çempionlar Liqası və Avropa Liqasında oynamaq üçün “Qarabağ”a keçdim. İndi keçmişə baxanda düşünürəm ki, Avropada qalsaydım, daha yaxşı olardı. Çünki oradan ayrıldıqdan sonra əvvəlki səviyyəyə qayıtmağın çətin olduğunu gördüm".

Corner.az xəbər verir ki, bu sözləri  “Qarabağ”ın sabiq qapıçısı Miro Varvodiç Almaniya mətbuatına müsahibəsində deyib.

Hazırda Almaniyanın "Valdhof" klubunda çıxış edən xorvatiyalı qolkiper Bakıda özünə yeni dostlar qazandığını bildirib: “Bakıda maraqlı insanlarla tanış oldum. Azərbaycanda həyat Avropadakından fərqlidir. Böyük liqalarda oynayanda xəyalınızı gerçəkləşdirirsiniz. Bu hissləri izah etmək çətindir. Oynayırsınız, məşq edirsiniz və səyahət edib zövq alırsınız. Mənə futbolla bağlı hər şey zövq verir. “Qarabağ" və "Köln" kimi klubların yaxşı şəraiti var. O komandalara keçəndə heç nə ilə maraqlanmaq lazım deyil, sadəcə futbolu düşünmək kifayətdir".

Qeyd edək ki, Miro Varvodiç 2012 - 2014-cü illərdə "Qarabağ”da çıxış edib.