AFFA Neftçi və Sabah'ın futbolçusunu cəzalandırdı

  • 15 Sentyabr 2020 14:13
  • 45

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın II turu ilə bağlı qərarlar qəbul edilib. 

Corner.az-ın məlumatına görə, “Keşlə” – “Qarabağ” oyununda Ağdam təmsilçisi AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün klub 800 manat cərimə olunub.

Son ölkə çempionu stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün klub 800 manat ödəməli olacaq. 

“Neftçi” – “Sumqayıt” oyununda paytaxt klubunun futbolçusu Anton Krivotsyuk qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza ilə üzləşib, klub 200 manat cərimə olunub.

“Səbail” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə ilə üzləşib.

“Sabah” – “Qəbələ” oyununda “Sabah”ın üzvü Slavik Alxasov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıb. Futbolçuya 1 oyun cəza, kluba isə 200 manat cərimə kəsilib. 

Əyalət təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 


SON YÜKLƏNƏNLƏR

Lill'dən inamlı qələbə

26 Sentyabr 2020 09:47

PSJ-də yeni qapıçı

26 Sentyabr 2020 09:44

İnter'dən Sampdoriya'ya

26 Sentyabr 2020 09:42

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI