Qarabağ son anda məğlubiyyətdən xilas oldu

  • 25 Sentyabr 2020 22:17
  • 72

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

"Qarabağ"  səfərdə "Sumqayıt"ın qonağı olub. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Bu nəticədən sonra "Sumqayıt" 7 xalla turnir cədvəlində 1-ci pillədə qərarlaşıb, "Qarabağ" isə 5 xalla 4-cüdür.

Qeyd edək ki, turun digər görüşləri 26-27 sentyabr tarixlərində keçiriləcək.

25 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: 
Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 (2:0), Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5 (2:2)
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”