Neftçi'də ciddi itkilər

  • 16 Oktyabr 2020 14:16
  • 38

"Neftçi" klubu Azərbaycan Premyer Liqasında VI turun "Sabah"la matçına itkilərlə çıxacaq.

Corner.az-ın məlumatına görə, paytaxt təmsilçisinin aparıcı futbolçularından hesab edilən Stiven Monrozun zədəsi hələ sağalmayıb.

30 yaşlı fransalı hücumçunun müalicəsi davam edir. Monrozdan əlavə, qapıçı Səlahət Ağayevin də xidmətindən istifadə edə bilməyəcək. Əsas heyətdəki yerini itirən 29 yaşlı qolkiper də zədəlidir.

Qeyd edək ki, oktyabrın 18-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Sabah" matçı saat 14:00-da başlayacaq. Stiven Monroz son olaraq Premyer Liqanın II turunda evdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.


SON YÜKLƏNƏNLƏR

Qarabağ Makkabi'yə uduzdu

23 Oktyabr 2020 01:05

Çelsi Kepa'dan narazıdır

22 Oktyabr 2020 20:54

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

DAVAMI