Qarabağ layiqli qələbə qazandı

  • 17 Oktyabr 2020 18:24
  • 29

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Corner.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı 0:3 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Klub olaraq ermənilərin terrorunu lənətləyirik. İnanırıq ki, buna görə layiqli cəzalarını verəcəyik. Komandalar arasındakı fərq hiss olunur. "Qarabağ" təşkilatlanmış komandadır, biz isə yenilənmişik. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı olub, layiq olduğumuz yerlərə qalxacağıq.
 
- Nəticə oyuna görə olmadı. Son dəqiqələrdə komandada nə baş verdi ki, qısa zamanda 2 qol buraxdız?
- Fərqlənmək şanslarımız oldu. "Qarabağ" elə komandadır ki, hər zaman təzyiq göstərir. Düşünürəm ki, bu gün layiqli qələbə qazandılar.
 
- Qismət Alıyevin yoxluğu hiss olundu. Onun yerini doldura biləcəksiz? 
- Yeri görünəcək. Gedişinə heyfslənmək lazım deyil. Əksinə, daha da artığına çalışmalıyıq. Gənc futbolçularımız var, düşünürəm ki, gələcəkdə Qismətin yerini tuta biləcəklər.

SON YÜKLƏNƏNLƏR

Qarabağ Makkabi'yə uduzdu

23 Oktyabr 2020 01:05

Çelsi Kepa'dan narazıdır

22 Oktyabr 2020 20:54

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

DAVAMI