Keşlə onunla yollarını ayırdı

  • 13 Yanvar 2021 09:10
  • 44

"Keşlə” futbolçusu Dmitri Klotsla yollarını ayırdığını rəsmən açıqlayıb.

Corner..az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Qeyd edək ki, ötən ilin yayından “Keşlə”də çıxış edən Klotsun müqaviləsi mövsümün sonuna qədər idi. Klots Premyer Liqada 13 oyunda 1 qolla yadda qalıb.