Qarabağ klub tarixinin rekordunu təkrarladı

  • 22 Fevral 2021 08:36
  • 24

“Qarabağ” Azərbaycan Premyer Liqasının 16-cı turunda növbəti səfər heç-heçəsinə imza atıb.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt”la qolsuz bərabərlik Qurban Qurbanovun baş məşqçi olduğu komanda rəqib meydanındakı 6-cı sülhü olub.

Bu, klub tarixinin rekordunun təkrarıdır.

Ağdam təmsilçisi 1992-ci ildən qatıldığı ölkə çempionatlarında heç vaxt 6-dan artıq səfər matçında heç-heçə etməyib. 1993, 1993/94, 1999/2000, 2009/10, 2011/12 və 2012/13 mövsümlərində rəqib meydanından altı dəfə 1 xalla dönən “Qarabağ” 7-ci dəfə eyni göstəriciyə imza atıb.

Qeyd edək ki, ağdamlılar cari mövsümdə daha 6 səfər oyununa çıxacaq. Bu görüşlərdə qeydə alınacaq bir heç-heçə mütləq rekordla nəticələnəcək.


SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI