Qarabağ'ın legioneri üçün 100-cü matç

  • 22 Fevral 2021 09:56
  • 22

Abdullah Zubir “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.
 
Corner.az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının 16-cı turuna təsadüf edib.
 
“Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda şans qazanmışdı. 100-cü dəfə meydana çıxan futbolçunun aktivində 19 qol var. Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.
 
Qeyd edək ki, Zubir “Qarabağ”ın heyətində ilk oyununu 2018/19 mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.

SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI