XVII turun matçları 1 dəqiqəlik sükutla başlayacaq

- 22 Fevral 2021 20:55
- 35
Azərbaycan Premyer Liqasında 17-ci turun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq.
Corner.az-ın məlumatına görə, bu qərarı Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Peşəkar Futbol Liqası qəbul edib.
Qarşılaşmalar fevralın 25-də oynanılacaq. Həmin gün "Zirə" "Neftçi"ni, "Qəbələ" "Sumqayıt"ı, "Sabah" "Keşlə"ni, "Qarabağ" isə "Səbail"i qəbul edəcək.