Zirə'nin futbolçuları koronavirusdan sağaldı

  • 7 Aprel 2021 11:44
  • 28

"Zirə" klubunun futbolçuları Riçard Almeyda və Fakundo Melivilo koronavirusdan sağalıblar.

Corner.az-ın məlumatına görə, hər iki oyunçunun növbəti testinin nəticəsi mənfi çıxıb.

Onlarla yanaşı Vüsal Əliyev də eyni səbəbdən Premyer Liqanın 21-ci turunda "Səbail"lə qolsuz heç-heçə etdikləri matçı buraxıb.

Qeyd edək ki, "Zirə" növbəti turda "Keşlə"ni qəbul edəcək. Aprelin 11-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI