Premyer Liqamızda gənclərə ən çox şans verən komanda bilindi

  • 12 Aprel 2021 08:10
  • 61

Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən komanda müəyyənləşib.

Corner.az xəbər verir ki, ilk pillədə "Qəbələ" qərarlaşıb. Yaş ortalaması 26,5 olan "qırmızı-qaralar" 21 yaşadək olan oyunçularına orta hesabla 10,4 faiz şans verib.

"Qarabağ" (26,6 yaş; 9,5 faiz) bu göstəriciyə görə ikinci, "Sabah" isə (26,7 yaş; 7,6 faiz) üçüncü pillədə yer alıb.

Sonrakı sıralarda "Sumqayıt" (25,7 yaş; 5,4), "Keşlə" (27,7 yaş; 4,1 faiz), "Neftçi" (26,4 yaş; 4 faiz), "Zirə" (25,7 yaş; 3,7 faiz) və "Səbail" (26,7 yaş, 1,5 faiz) yer alıb.