Sumqayıt'ın futbolçusu yubiley matçına çıxdı

  • 12 Aprel 2021 09:39
  • 48

“Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, komandanın 22-ci turda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduğu görüşə təsadüf edib.

O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/2015 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib.

Son toplanışlarda Azərbaycan millisinə dəvət alan yarımmüdafiəçi klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. Nəcəfova qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.

Qeyd edək ki, Xəyal Nəcəfov 100 matçda 2 qol vurub. O, Azərbaycan millisinə də dəvət olunur.