Səbail qvatemalalı qapıçısını göndərir

  • 3 May 2021 10:29
  • 39

"Səbail"in qvatemalalı qapıçısı Nikolas Hagen mövsümün sonunda komandadan ayrıla bilər.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Kosta Rikanın "Alahuelense" və "Deportivo Saprissa" klubları 25 yaşlı oyunçu ilə maraqlanır.

Başqa bir iddiaya görə, Azərbaycan təmsilçisi Qvatemalanın "Minisipal" klubundan Kenderson Navarronı heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Nikolas Hagen 2020-ci ilin sentyabrdan "Səbail"də çıxış edir.