Vacib 3 xal qazandıq - Neftçi'nin məşqçisi

  • 3 May 2021 18:44
  • 43

"Çətin olacağını bilirdik. Meydan amili öz sözünü dedi. Həm də Ramazan ayında oruc tutan futbolçular var. Vacib 3 xal qazandıq. Növbəti oyuna hazırlaşacağıq".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin məşqçisi Vəfadar Quliyev "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 25-ci tur matçından sonra mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis Yusuf Lavaldan istədiklərini aldıqlarını söyləyib: "Monroza da çox güvənirik. Bu o demək deyil ki, onu meydanda görməyəcəyik".(report)