Keşlə Neftçi'yə, Qəbələ Səbail'ə uduzdu

  • 3 May 2021 20:32
  • 33

Azərbaycan Premyer Liqasında 25-ci turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında turnir cədvəlinin 2-cisi “Neftçi” səfərdə “Keşlə”nin qonağı olub. Qonaqlar bu oyunda darmadağınla qalib gəlib. Autsayder “Səbail” bu turda doğma meydanda “Qəbələ”ni qəbul edib. Meydan sahibləri bu görüşdə minimal hesabla qələbə qazanıb.

Turun daha 2 oyunu sabah keçiriləcək. “Qarabağ” “Zirə”ni, “Sumqayıt” isə “Sabah”ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası, 25-ci tur

3 may

Keşlə – Neftçi 0:3
Qol: T.Quliyev, 38-öz qapısına. K.Honda, 74. E.Mahmudov, 90+2.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. “ASK Arena”.

Səbail – Qəbələ 1:0
Qol: A.Yunanov, 62.
Qırmızı vərəqə: M.Giqauri, 52 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“ASCO Arena”.