Qədirzadənin komandası doğma meydanda uduzdu

  • 13 May 2021 00:03
  • 32

Futbol üzrə Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin çıxış etdiyi “Samtrediya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Batumi “Dinamo”sunu qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib – 0:2.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
 
“Samtrediya” 13 oyuna topladığı 9 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

SON YÜKLƏNƏNLƏR

Ramos Premyer Liqa yolunda

18 İyun 2021 06:49

AÇ-da daha iki qızıl və bir bürünc medal şansı

DAVAMI