Sumqayıt'ın futbolçusu Türkiyədə əməliyyat olundu

  • 10 İyun 2021 14:03
  • 40

Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov Türkiyənin İstanbul şəhərində əməliyyat olunub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əməliyyatı uğurlu keçən 26 yaşlı yarımmüdafiəçi 1 həftədən sonra məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Tellur Mütəllimov ötən mövsüm "Sumqayıt"ın heyətində 25 oyunda ümumilikdə 2158 dəqiqə meydanda olub. O, həmin matçlarda 3 qol vurub.


SON YÜKLƏNƏNLƏR

Ramos Premyer Liqa yolunda

18 İyun 2021 06:49

AÇ-2020: Paraşütlə meydana daxil oldu, azarkeşlərə xəsarət yetirdi -VİDEO

DAVAMI