Sabah Şukura'nı məğlub etdi

  • 20 İyul 2021 20:34
  • 41

Gürcüstanda təlim-məşq toplanışında olan “Sabah” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Corner.az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi komanda “Şukura” ilə üz-üzə. Gürcüstan təmsilçisi ilə oyun Azərbaycan klubunun qələbəsi ilə başa çatıb.

“Sabah” Gürcüstan toplanışında bundan başqa, iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. “Sabah” iyulun 29-da vətənə qayıdacaq.

Yoxlama oyunu

20 iyul

Sabah – Şukura (Gürcüstan) 1:0
Qol
: Xulio Rodriqes, 67.