Coşqun Diniyev 50-yə çatdı, 3-cü oldu

  • 16 Avqust 2021 13:05
  • 341

Azərbaycan Premyer Liqasının 1-ci turunun “Səbail”lə matçı “Sabah”ın futbolçusu Cosqun Diniyev üçün əlamətdar olub.

Corner.az PFL-ə istinadən xəbər verir ki, o, Bakı klubunun heyətində 50-ci çempionat matçına çıxıb. Diniyev debüt etdiyi 2018/19 mövsümündə 13, 2019/20 mövsümündə 14 matçda şans qazanıb.

O, ötən çempionatda 22 dəfə şans qazanıb. Əvvəlki üç çempionatda 49 dəfə meydana çıxan Coşqun son iki mövsümün hərəsində 1 dəfə fərqlənib.

O, klub tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 3-cü futbolçu olub. Yalnız Saşa Stamenkoviç (60) və Filip İvanoviç (55) daha çox şans qazanıb.