Sabah'la Neftçi meydana şəhid övladları ilə çıxdı

  • 26 Sentyabr 2021 19:58
  • 33

Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sabah” “Neftçi”ni qəbul edir. Corner.az xəbər verir ki, komandalar meydana 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid övladları ilə çıxıb.
 
Şəhid uşaqlarının geyindiyi xüsusi köynəklərin üzərində "Mənim atam qəhrəmandır” ifadəsi hək olunub.
 
Oyunun startından əvvəl şəhidlərin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub.