Sumqayıt'ın daha bir rəqibi bəlli oldu

  • 14 Yanvar 2022 11:20
  • 49

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt”ın yoxlama oyunu üçün rəqibi bəlli olub.

Corner.az Polşa mətbuatına istinadən xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi bu ölkənin “Yagelloniya” klubu ilə üz-üzə gələcək.

Qarşılaşmanın dəqiq tarixi açıqlanmayıb. “Sumqayıt”ın “Uypeşt”lə görüşü isə Macarıstan klubunda koronavirusa kütləvi yoluxma səbəbindən ləğv edilib.

Qeyd edək ki, yanvarın 12-dən Antalyada hazırlıq keçən “Sumqayıt”ın 3 yoxlama oyunu keçirməsi planlaşdırılır.