Qəbələ zədəli futbolçusu ilə bağlı son durumu açıqladı

  • 14 Yanvar 2022 12:45
  • 132

"Qəbələ" klubunun zədəli futbolçusu Urfan Abbasovun son durumu açıqlanıb.

Corner.az-ın məlumatına görə, bu barədə "qırmızı qaralar"ın baş meneceri Nail Kərimov açıqlama verib.

Klub rəsmisi 30 yaşlı müdafiəçinin ilk diaqnozuna əsasən, əməliyyata ehtiyac duyulduğunu bildirib: "Amma sonradan bir aylıq müalicə məsləhət görüldü. Müalicə prosesi artıq başlayıb. Müddət bitəndən sonra baxış keçiriləcək. Əməliyyata ehtiyac olsa, bu barədə düşünə bilərik".

Kərimov "Səbail"də çıxış edən və Yunanıstanın "Olimpiakos Volos" klubuna keçəcəyi gözlənilən Turan Manafovla bağlı danışıqlar apardıqlarını söyləyib: "Danışıqlar hələlik yekunlaşmayıb. Qarşı tərəfə - həm futbolçuya, həm də klubuna təklifimizi bildirmişik. Hələlik cavab almamışıq". (report)