Qəbələ'nin yeni transferində koronavirus aşkarlandı

  • 14 Yanvar 2022 12:48
  • 37

"Qəbələ" klubunun yeni transferi Patrik Robson de Souza Monteyro koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, bu barədə "qırmızı qaralar"ın baş meneceri Nail Kərimov məlumat verib.

Klub rəsmisi 24 yaşlı braziliyalı hücumçunun testinin pozitiv çıxdığını bildirib. Kərimovun sözlərinə görə, Monteyro Türkiyənin Antalya şəhərindəki toplanışna bu səbəbdən gec qoşulacaq.