Neftçi Macarıstan klubu ilə heç-heçə etdi

  • 14 Yanvar 2022 19:57
  • 57

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama matçına çıxıb. Corner.az xəbər verir ki, son Azərbaycan çemponu Antalyada Macarıstanın “Kişvarda” komandası ilə üz-üzə gəlib.
 
Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Xatırladaq ki, Manavqatda məskunlaşan “ağ-qaralar” qardaş ölkədə daha iki sınaq matçı keçirməyi planlaşdırır. “Neftçi”nin ikinci rəqibi ayın 19-da Polşanın “Visla” (Plotsk), üçüncü rəqibi 24-də Bolqarıtsanın ÇSKA 1948 klubu olacaq.
 
Yoxlama oyunu
14 yanvar
 
Neftçi – Kişvarda 2:2
Qol: Emin Mahmudov, 42, Ramin Nəsirli, 71.