Sabah'ın Antalyada növbəti rəqibi bəlli oldu

  • 17 Yanvar 2022 12:59
  • 68

Mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah”ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub. Corner.az xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi komanda Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşacaq.
 
Görüş yanvarın 20-də, “Titatik Deluxe Football Center”in stadionunda baş tutacaq.
 
Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivısində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına qarşı keçirib (1:1). Komanda təlim-məşq toplanışının son yoxlama oyununda “Mladost”la (Luçani, Serbiya) qarşılaşacaq. Görüş yanvarın 25-də baş tutacaq