Region Liqasının finalçısı dəyişdi

  • 18 May 2022 17:10
  • 83

Region Liqasının yarımfinalında "Xan Lənkəran"a qalib gələrək finala vəsiqə qazanan "Araz Naxçıvan" klubuna texniki məğlubiyyət verilib.

Corner.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

Qarşılaşma "Araz Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda oynanılacaq.