Qarabağ - Zirə matçı 5 manata

  • 26 Noyabr 2022 16:55
  • 55

Misli Premyer Liqasının 15-ci turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri noyabrın 27-də saat 11:00-dan etibarən satışa çıxarılacaq. Corner.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri noyabrın 27-də iticket.az-dan ala bilərsiniz. Oyun günü isə biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Noyabrın 28-də keçiriləcək “Qarabağ” – “Zirə” matçına saat 19:00-da start veriləcək.