Kəpəz Qəbələ üzərində qələbəni əldən verdi

  • 24 Yanvar 2023 16:31
  • 35

Misli Premyer Liqasında 29 günlük fasilə başa çatıb. Corner.az saytının məlumatına görə, bu gün 2022/23 mövsümünün ikinci yarısına start verilib.
 
İlin ilk oyunu Gəncədə baş tutub. Autsayderlər qrupunda qərarlaşan “Kəpəz” doğma meydanda avrokuboklara iddialı “Qəbələ”ni qəbul edib. Qarşılaşmaya üstün başlayan gəncəlilər ilk yarıda iki penalti qolu ilə önə keçib. 18-ci dəqiqədə Ahmed Ayzaya, 42-ci dəqiqədə isə Martins Junior qapıçı ilə dueldən qalib ayrılıb.
 
Lakin “qırmızı-qaralar” təslim olmayıb. “Qəbələ” 63-cü dəqiqədə Ruan Renato, 79-cu dəqiqədə isə Ülvi İsgəndərovun qolları sayəsində məğlubiyyətdən qurtulub. Son dəqiqələrdə qələbə topunu vurmaq şansını qaçıran “qırmızı-qaralar” səfərdə 1 xalla kifayətlənib.
 
Qeyd edək ki, turun “Turan Tovuz” – “Qarabağ” və “Zirə” – “Sumqayıt” oyunları sabah, “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” görüşləri isə yanvarın 26-da keçiriləcək.

Misli Premyer Liqası
19-cu tur
24 yanvar

“Kəpəz” – “Qəbələ” 2:2
Qol: A.Ayzaya, 18-pen. M.Junior, 42-pen - R.Renato, 63. Ü.İsgəndərov, 79.
Gəncə şəhər stadionu: Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov