Neftçi Qəbələ'yə məğlub oldu

  • 25 Mart 2023 20:03
  • 60

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “ "Neftçi” yoxlama oyunu keçirib. Corner.az xəbər verir ki, sözügedən komanda “Türk Hava Yolları Futbol Mərkəzi”ndə “Qəbələ” ilə qarşılaşıb.
 
“Neftçi TV” vasitəsilə canlı yayımlanan matçda “ağ-qaralar” 1:2 hesabı ilə uduzub. “Neftçi”nin heyətində 73-cü dəqiqədə penaltidən Vato Arveladze fərqlənib. “Qəbələ”nin qollarına isə Ramon Maçado (37-ci dəqiqə) və Omar Hani (64-cü dəqiqə) imza atıblar.
 
Qeyd edək ki, “Neftçi” Premyer Liqada yaranmış fasilə bitəndən sonra ilk rəsmi oyununa aprelin 1-də çıxacaq. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” ilə görüş saat 19:30-da başlanacaq. “Qəbələ” isə aprelin 2-də “Sabah”ın qonağı olacaq (18:00).