Xəstəxanaya yerləşdirilən legionerin son durumu necədir?

  • 24 May 2023 11:25
  • 53

Misli Premyer Liqasının 35-ci turunda "Səbail"lə görüşdə (2:2) zədələnən "Turan Tovuz"un futbolçusu Divine Naahın durumu müəyyənləşib.

Corner.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin Qol.az-a verdiyi məlumata görə, qanalı yarımmüdafiəçinin körpücük sümüyündə problem var. Futbolçu əməliyyat oluna bilər. 

Qeyd edək ki, "Səbail"lə görüşün ikinci hissəsində oyuna daxil olan 26 yaşlı futbolçu rəqiblə toqquşduqdan sonra meydanı xərəklə tərk edib. Dərhal sonra isə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.