Zirə'nin daha bir legionerinə dəvət

  • 8 Noyabr 2019 13:59
  • 34

"Zirə"nin daha bir futbolçusu milli komandasına çağırılıb.

Corner.az xəbər verir ki, bu barədə məlumatı klubun "Facebook" səhifəsi yayıb.Bu dəfə yarımmüdafiəçi Robin Nqalande Malavi yığmasına dəvət alıb. O, Cənubi Sudan və Uqandaya qarşı keçiriləcək Afrika Millətlər Kubokunun təsnifat oyunlarında iştirak edə biləcək. Malavi noyabrın 13-də Cənubi Sudan, 19-da isə Uqanda ilə qarşılaşacaq.

Qeyd edək ki, dünən "Zirə"nin digər legioner futbolçusu Mfo Kqasvane Botsvana yığmasına çağırılıb.