Qarabağ Sabah'ı məğlub etdi

  • 2 Dekabr 2019 22:03
  • 43

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, son oyunda lider "Qarabağ" səfərdə "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən görüşdə Ağdam klubu 1:0 hesabı ilə qələbə qazanıb.

Bu qələbə ilə xalını 30-a yüksəldən Qurban Qurbanovun komandası ilk pillədəki yerini bir qədər də möhkəmləndirib.

2 dekabr (bazar ertəsi)

20:00. “Sabah” – “Qarabağ” - 0:1
Qol: 
Abdullah Zubir, 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
“Bank Respublika Arena”