Fatih Terimdən mesaj var

  • 25 Mart 2020 22:58
  • 50

Koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi  Fatih Terim "Tvitter" hesabından mesaj paylaşıb.

Corner.az xəbər verir ki, 66 yaşlı mütəxəssis vəziyyətinin çox yaxşı olduğunu bildirib:

"O qədər gözəl və özəl duyğuların içərisindəyəm. Hər duanı ürəyimdə hiss edirəm. Bu, hamımız üçün bir imtahanadır. Dualarınızla, gözəl diləklərinizə bu imtahandan çıxacağıq. Yaxşıyam və inşallah daha yaxşı olacağam. Əlim ürəyimdə hər birinizə təşəkkür edirəm".