36 il sonra Super Liqada

  • 31 İyul 2020 03:03
  • 57

2020/2021 mövsümündə Türkiyə Superliqasında oynamağa vəsiqə qazanan sonuncu klub bəlli olub.

Corner.az xəbər verir ki, TFF 1-ci liqanın pley-off mərhələsinin finalında “Adana Dəmirspor” “Fatih Karagümrük”lə üz-üzə gəlib.
 
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında bilinib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (6:5) “Fatih Karagümrük” 36 il sonra Superliqaya yüksəlib.

30 iyul

“Adana Dəmirspor” - “Fatih Karagümrük” - 1:1 (penaltilər seriyası - 5:6)
Qollar: Ortakaya, 40 (0:1), Dibba, 68 (1:1


SON YÜKLƏNƏNLƏR

Atletiko Xamesi istəyir

5 Avqust 2020 18:56

İvanoviçin yeni klubu

5 Avqust 2020 17:19

Millimizin baş məşqçisindən Qurban bayramı təbriki - FOTO

DAVAMI