Millimizin sabiq futbolçusu yenidən icarəyə göndərildi

  • 15 Sentyabr 2020 10:19
  • 44

 "Trabzonspor" klubu Azərbaycan millisinin sabiq futbolçusu Murat Cem Akpınarı icarəyə verib. 

Corner.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi bir il ərzində ölkənin səviyyəcə üçüncü liqasında çıxış edən "Kocaelispor"un uğurları üçün çalışacaq. Gənc oyunçu ötən mövsümü icarə əsasında həmin çempionatda çıxış edən "Hekimoğlu Trabzon"da keçirib. 

Qeyd edək ki, Murat Cem Akpınar daha öncə Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etmədiyini bildirib.  Yarımmüdafiəçi Azərbaycanın U-17 yığmasında çıxış edib.


SON YÜKLƏNƏNLƏR

Lester'dən Trabzonspor'a

25 Sentyabr 2020 22:27

Məşhur futbolçunun bacılarını döydülər

DAVAMI