Qalatasaray penaltilərlə 1/4 finalda

  • 12 Yanvar 2021 21:55
  • 35

Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
Səfərdə “Bursaspor”un qonağı olan “Antalyaspor” darmadağınla 1/4 finala yüksəlib. “Sivasspor” “Adana Dəmirspor”la görüşdə qələbə qazanıb. “Qalatasaray” isə səfərdə “Yeni Malatyaspor”la üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Qalatasaray” növbəti mərhələyə yüksəlib.
 
Türkiyə Kuboku
1/8 final
12 yanvar
 
Bursaspor – Antalyaspor 0:3
 
Sivasspor - Adana Dəmirspor 2:1
 
Yeni Malatyaspor – Qalatasaray 1:1 (penaltilər 6:7)