Super Liqa klubunun yeni prezidenti bəlli oldu

  • 24 Fevral 2021 09:14
  • 42

“Antalyaspor” klubunun yeni prezidenti müəyyənləşib.
 
Corner.az xəbər verir ki, bundan sonra Super Liqa təmsilçisinə Mustafa Yılmaz rəhbərlik edəcək.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, Mustafa Yılmazın qarşıdakı üç il ərzində “Antalyaspor”un prezidenti kimi çalışacağı qeyd olunub.
 
Xatırladaq ki, “Antalyaspor”un bundan əvvəlki prezidenti Ali Şafak Öztürk yanvarın ortalarında istefa vermişdi. Hansı ki, o, 2016-cı ildən Antalya təmsilçisinə rəhbərlik edirdi.
 
“Antalyaspor” Super Liqada bu mövsüm keçirdiyi 25 oyuna topladığı 33 xalla 9-cu pillədə qərarlaşıb.

SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI