Qalatasaray yeni futbolçu ilə anlaşdı

  • 7 Aprel 2021 07:22
  • 35

"Qalatasaray" "Kasımpaşa"nın futbolçusu Aytaç Kara ilə razılığa gəlib.

Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 2020/2021 mövsümünün sonunda 28 yaşlı yarımmüdafiəçini heyətinə qatacaq.

Təcrübəli oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Karanın "Kasımpaşa" ilə müqaviləsi bu ilin iyununda başa çatacaq.

Qeyd edək ki, bu mövsüm 26 oyunda meydana çıxan Aytaç Kara 4 qol vurub, 2 məhsuldar ötürmə edib.



SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI