Beşiktaş'dan səfərdə inamlı qələbə

  • 11 Aprel 2021 20:54
  • 53

Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.
 
Corner.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
 
“Sivasspor” “Konyaspor”a, “Ankaragücü” isə “Gənclərbirliyi”nə qalib gəlib. “Kayserispor” doğma meydanda “Antalyaspor”a minimal hesabla uduzub.
 
Lider “Beşiktaş” bu turda səfərdə “Ərzurumspor”un qonağı olub. İstanbul təmsilçisi inamlı qələbə qazanaraq zirvədəki mövqeyini möhkəmləndirib.
 
Türkiyə Super Liqası
34-cü tur
10 aprel
 
Hatayspor – Göztəpə 2:3
Qol: Diuf, 64; 90 – Yahoviç, 30; 38; 78.
 
Rizəspor – Trabzonspor 0:0
 
Qalatasaray – Fatih Karagümrük 1:1
Qol: Babel, 62 – Ndao, 60.
 
11 aprel
 
Sivasspor – Konyaspor 3:1
Qol: Yatabare, 27. Kayode, 68. R.Yalçın, 88-pen – Bütüqi, 54.
 
Ankaragücü – Gənclərbirliyi 2:1
Qol: E.Güral, 66. A.Kızıldağ, 70-öz qapısına – Stanku, 76.
 
Kayserispor – Antalyaspor 0:1
Qol: Naldo, 45.
 
Ərzurumspor – Beşiktaş 2:4
Qol: Şvexlen, 16. Bassan, 39 – Larin, 10. O.Özyakup, 26. Gezzal, 66. G.Töre, 86.