Beşiktaş'da Tosun şoku

  • 12 Aprel 2021 14:53
  • 42

Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.

Corner.az xəbər verir ki, İstanbyl təmsilçisinin futbolçusu Cenk Tosun sıradan çıxıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Super Liqanın 34-cü turunun “Ərzurumspor”la oyununda zədələnən 29 yaşlı hücumçunun sağ dizi çıxıb.

Türkiyə millisinin üzvü zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.

Qeyd edək ki, Cenk bu mövsüm Super Liqada 3 oyunda 3 qol vurub.