Qalatasaray'dan inamlı qələbə

  • 2 May 2021 22:05
  • 24

Türkiyə Super Liqasında 39-cu turun oyunları keçirilir.

Corner.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Antalyaspor” – “Göztəpə” matçında qonaqlar qələbə qazanıb. “Dənizlispor” da doğma meydanda “Rizəspor”a məğlub olub.

“Konyaspor” doğma meydanda “Fatih Karagümrük” üzərində darmadağınla qalib gəlib. Səfərdə “Gənclərbirliyi”nin qonağı olan “Qalatasaray” da turu qələbə ilə başa vurub.

Türkiyə Super Liqası, 39-cu tur

1 may

Beşiktaş – Hatayspor 7:0
Qol
: Akintola, 2-öz qapısına. Larin, 11; 14; 55; 65. Nkudu, 38. R.Yılmaz, 44.

2 may

Antalyaspor – Göztəpə 2:3
Qol
: Fredi, 5-pen. Podolski, 67 – Esiti, 31. Yahoviç, 66. Nukan, 84.

Dənizlispor – Rizəspor 0:1
Qol
: Samudio, 72.

Konyaspor – Fatih Karagümrük 5:1
Qol
: A.Çalık, 33. Çikalleşi, 61; 85. Bütüqi, 64. Şengeliya, 90+2 – Lens, 30.

Gənclərbirliyi – Qalatasaray 0:2
Qol
: Dervişoğlu, 44. Akbaba, 53.