Mehmet Topal klubsuz qaldı

  • 9 İyun 2021 20:28
  • 39

Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Mehmet Topal ilə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
35 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti bu yay başa çatan müqaviləsi yenilənməyib.
 
“Başakşəhər” futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Topal 2019-cu ildən “Başakşəhər”də forma geyinirdi.

SON YÜKLƏNƏNLƏR

Ramos Premyer Liqa yolunda

18 İyun 2021 06:49

AÇ-da daha iki qızıl və bir bürünc medal şansı

DAVAMI